“AGBank” ASC bu ilin yanvar-sentyabr aylarını 6,122 milyon manat xalis mənfəətlə başa vurub. Fins.az adı çəkilən bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.
Hesabatdan o da bəlli olur ki, son 9 ay ərzində “AGBank”ın faiz gəlirləri 13,7 mln manat, faiz xərcləri 12,996 mln manat, qeyri-faiz gəlirləri 23,464 mln manat, qeyri-faiz xərcləri 27,328 mln manat, xüsusi ehtiyatlara ayırmaları 2,801 milyon manat olub.
Bankın aktivləri 522,019 milyon manat olub ki, bu da illik müqayisədə 2,2% çoxdur. Göstərilən məbləğin 244,893 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 1 ildə Bankın kredit portfeli 1,9% böyuyüb.
Bankda müştərilərdən götürülmüş depozitləri 246,792 milyon manatdır. Hesabatdan həmçinin o da bəlli olub ki, bankın depozit portfeli14,1% böyüyüb.