“Xalq Bank” ASC -nin bu ilin yanvar-sentyabr aylarının hesabatının nəticələrinə görə bankın öhdəlikləri 7,5% artaraq 1 668,252 milyon manata çatıb. Bu məbləğin 1 197,896 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə bankın depozit portfeli cəmi 1% böyüyüb. Lakin bankın kredit portfeli kiçilib. Belə ki, bankın aktivləri 1 941,013 milyon manat olub ki, bu da illik müqayisədə 7,5% çoxdur. Bu məbləğin 1141,423 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Hesabata əsasən bankın son 1 ildə kredit portfeli 8,3% kiçilib.
3-cü rübün hesabatına görə, bankın faiz gəlirləri 82,146 mln manat, faiz xərcləri 17,512 mln manat, qeyri-faiz gəlirləri 3,973 mln manat, qeyri-faiz xərcləri 30,496 mln manat, xüsusi ehtiyatlara ayırmaları 17,836 mln manat olub.
Onu da qeyd edək ki, hesabata əsasən “Xalq Bank” il başlayandan bugünə kimi 17,959 milyon manat xalis mənfəətlə başa vurub.