Bizim ittifaqdan gözləyəcəyimiz heç nə qalmayıb”. Bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli qrup toplantısında bildirib. Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası ilə qurduqları “Cümhur ittifaqı”nın fəaliyyəti başa çatıb. Partiya lideri 2019-cu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə öz namizədləri və emblemləri ilə qatılacaqlarını vurğulayıb.
Açıqlamadan sonra Türk Lirəsi ucuzlaşıb. Dollar/TL məzənnəsi, Bakı vaxtı ilə saat 13:08-də 3,4 faiz artımla 5.8641 səviyyəsini görüb.