Real sektor təmsilçiləri və banklar arasında əlverişli işgüzar mühitin formalaşdırılması, eləcə də banklar tərəfindən müvafiq layihələrin maliyyələşdirilməsi, banklararası pul bazarının təşviqi məsələləri diqqətdə saxlanılacaq. Bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində də işlər davam etdiriləcək. Bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməsi diqqət mərkəzində saxlanılacaq. Bu yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verəcək.
qafqazinfo
Eləcədə bax:"Valyuta ehtiyatlarının qızıla investisiya edilməsi nəzərdə tutulmayıb"