31 Oktyabr

Türk Lirəsinin bahalaşması davam edəcək?

Dollar/TL (Türk Lirəsi) məzənnəsi 18 Oktyabrda 10 həftənin ən aşağı səviyyəsi olan 5,52 TL-yə qədər geriləmişdi.

Dollar/TL məzənnəsi 13 Avqustda 7,2169 ilə tarixinin ən yüksək səviyyəsini görməsinin ardından, Türkiyə Mərkəzi Bankının (TCMB) və Bank sektorunu tənzimləyən və nəzarət edən Təşkilatın (BDDK) atdığı addımlarla düşməyə başladı.

Fins.az xəbər verir ki, TCMB-in 13 Sentyabrda faizi 625 bənd artıraraq 24%-ə yüksəltməsinin ardından Xəzinə və Maliyyə Naziri Berat Albayrakın açıqladığı Yeni İqtisadiyyat Proqramı (YEP) və İnflyasiya ilə Mübarizə Proqramı bazarlar tərəfindən müsbət qarşılandı. Son olaraq da Amerikalı rahib Endryu Bransonun sərbəst buraxılması Dollar/TL-nin 10 həftənin ən aşağı səviyyəsi olan 5,5194-ə qədər geriləməsini təmin etdi.

Türk Lirəsi Dollar qarşısında ötən həftə 3,7%, Oktyabrın əvvəlindən bu yana isə 6,5% dəyər qazanıb.

Bakı vaxtı ilə saat 07:40-da Dollar/TL məzənnəsi 5.6520 səviyyəsində olub.

Dollar/TL düşməkdə davam edəcək?

"İntegral" İnvestisiya şirkətindən Tuncay Turşuçu, dollar/TL-ni 5,45 səviyyəsindən aşağı düşməsini gözləmədiklərini qeyd edərək, bu nöqtəyə yaxın yerlərdən dollar/TL-də yüksəlişin olacağını söyləyib.

Eləcə də bax:"Kaşıkçının öldüyünü qəbul edirəm"

marja