31 Oktyabr

Azərbaycan krediti vaxtından əvvəl qaytarıb

Azərbaycan 2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə Asiya İnkişaf Bankının (AİB) qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti bu il vaxtından xeyli əvvəl qaytarıb.

Fins.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib.

“2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə AİB-in qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmiz artıq bu il vaxtından xeyli əvvəl qaytarıb. Bu, Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirir”, - deyə dövlət başçısıbankın vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Eləcə də bax:Xaricə pul köçürüləndə nə qədər vergi tutulur? - ARAŞDIRMA