31 Oktyabr

Fed-in açıqlamaları Dolları bahalaşdırır

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının açıqlamaları dollar indeksinin bahalaşmasına səbəb olub və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının toplantı protokolunun yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşmağa başlayıb.

Nəticədə EUR/USD məzənnəsi də artıq 1.15$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, son iki ayın minimum səviyyələrinə doğru 1% ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Eləcə də bax:ASB Bankın öhdəlikləri artıb

Lirə bahalaşmaqda davam edir

Lakin Türkiyə maliyyə bazarlarında isə dolların lirəyə nisbətən məzənnəsi ucuzlaşır. Artıq USD/TRY məzənnəsi 5.59TL-yə ticarət edilir və 5.53TL-ni də aşağı istiqamətdə qırarsa, 5.43TL-yə kimi ucuzlaşa bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb