31 Oktyabr

Daha 2 bank müvəkkil oldu-İpoteka və Kredit Zəmanət Fondu

Azərbaycan Beynəlxalq Bankı” və “Bank Respublika” ASC-lər İpoteka və Kredit Zəmanət Fondunun kredit zəmanət fəaliyyəti üzrə müvəkkil bankı olub.

Bu barədə Fins.az-a Fonda istinadən xəbər verir.

Bununla da, qurumun kredit zəmanət fəaliyyəti üzrə müvəkkil banklarının sayı 12-yə çatıb. Digər 10 bank “Azərbaycan Sənaye Bankı”, “Express Bank”, “Kapital Bank”, “Muğan Bank”, “NBC Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Turan Bank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.

Eləcə də bax:Dolların sabaha olan məzənnəsi