31 Oktyabr

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru təyin olunub

Matteo Patrone Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru təyin olunub. Fins.az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.

O, bu vəzifədə Fransis Maliji əvəz edib. F.Malij bu yaxınlarda AYİB-in Londondakı mənzil qərargahında maliyyə müəssisələri sektorunda idarəedici direktor təyin olunub.

M.Patrone Kiyevdə işləyəcək və Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna üzrə məsul olacaq.

Bank tərəfindən sözügedən 6 ölkəyə investisiya qoyuluşlarının ümumi məbləği 24 mlrd. avroya yaxın məbləğdə qiymətləndirilir.