31 Oktyabr

PAŞA Bank yeni filial açır

Fins.az xəbər verir ki, ilin sonuna kimi Paşa Bank Qubada yeni filial açacaq.

Xatırladaq ki, bir müddət öncə yeni istifadəyə verdiyi PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək.

Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” filialında xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək. PAŞA Bankın yeni filialı Nizami küçəsi, 90E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.

Eləcə də bax:Bank kartları neçəyədir? - ARAŞDIRMA

Müəllif:Xeybər Heydərov