Lirənin ucuzlaşması nə qədər davam edəcək?
Lirənin ucuzlaşması daha çox siyasi səbəblərlə bağlıdır. Xüsusən də ABŞla Türkiyənin münasibətlərinin gərginləşməsi lirənin məzənnəsinə mənfi təsir göstərdi. Fins.az xəbər verir ki, bu sözləri Fins.az-ın sualını cavablandıran iqtisadçı ekspert Vüqar Bayaramov bildirib. Ekspert Lirənin nə qədər ucuzlaşacağını bu cür şərh edib. Nədənsə Türkiyə və Niderland arasında münasibətlər gərginləşmişdir. Bu da lirəyə təzyiqi bir az da artırıb. Eyni zamanda Türkiyədən kapital axının baş verməsi lirəyə təsiri bir qədər də artırıb. Bütün bUnlara görə lirə təzyiqlərə tab gətirmir. Nəzərə alsaq ki, ABŞ Türkiyəyə zaman verib həmin vaxta qədər Türkiyə qarşısına qoyulan şərtə əməl edilməsə və Türkiyə ABŞla anlaşma imzalaya bilməyəcəksə o zaman biz lirənin daha dramatik ucuzlaşmasının şahidi ola bilərik. Rəsmi Ankara lirənin qorunması ilə bağlı addımlar atır və atacaq . Bura bazAra daha çox valyutanın çıxarılması eyni zamanada banklarda toksit aktivlərin alınması kimi addımlar daxildir. Amma hər halda bu psixoloji təzyiqi artırmayacaq . Lakin yaxın günlərdə türkiyədə valyuta qara bazarının yaranma riski var. Çünki Türkiyədə dollara tələbat çoxdu və bu tələbatın qarşılığı ödənmir. Ona görə Ağ Ev və Ankara anlaşa bilməzsə o zaman lirənin daha çox ucuzlaşmasını görə bilərik.
Rəsmi Ankara nə etməlidir?
Təbii ki, ilk növbədə aparıcı ölkələrlə anlaşmanın əldə edilməsi vacibdir. Əgər anlaşma imzalanmazsa və növbəti sanksiyalar tətbiq olunarsa o zaman lirənin daha da ucuzlaşmasının şahidi ola bilərik. Lakin məzənnə elədir ki, valyuta müəyyən bir yerə qədər ucuzlaşır daha sonra stabilləşir. Bu o demək deyil ki, anlaşma imzalanmasa daimi olaraq lirə ucuzlaşacaq. Müəyyən müddətdən sonra valyuta “döşəməyə” dirənir və bundan aşağı düşmür.
Lakin lirənin stabilliyi üçün ABŞla imzalanması mütləqdir əks təqdirdə Türkiyəni daha çox kapital tərk edəcək. Lirəni çökdürən siyasi səbəbdi.
Müəllif: Xeybər Heydərov