31 Oktyabr

Türkiyə valyutasını ucuzlaşdıran amillər

İqtisadçı ekspert Cəfər İbrahimli Türkiyə milli valyutası lirənin ucuzlaşmasını şərtləndirən bir neçə amilləri açıqlayıb. Fins.az -a açıqlama verən ekspert aşağıdakıları qeyd edib.

Mövcud durumda son 2 iilik siyasi fəaliyyətlərin sonucunda iqtisadiyyat çox kövrək nöktəyə gəlmişdi və son sanksiya söyləntiləri qırılmalar meydana gətirdi. TL-nin dəyər itirməsinə paralel MB-nin geçikməli qərarları və Hökümətin iqtisadi vəziyyətin normal olduğu ilə baglı açıqlamalar investorlari inandırıcı görünmədi və TL-nin dəyər itkisi sürətləndi. Bu gün etibarı ilə MB-nin yenə də geçikmiş qərarları ilə Məcburi ehtiyat normalarinin azaldılması, təminatların yenidən qiymətləndirilməsi və repo əməliyyatlarına bağlı bazara valyuta likvidliyi təmin edəcək qərarları pazara ciddi güvən vermədi və TL-nin 6% dəyər itkisi davam edir. Eyni zamanda Palata tərəfindən svap əməliyyatlarının məhdudlaşdırılması müəyyən qədər Tl-yə dəsdək olacağı gözlənilir. Açıqcası iqtisadi qərarların yetərsiz qaldığı müşahidə olunur və TL üzərində təzyiqin azaldılması ABŞ-la gerginliyin azaldılmasına və bir az da USD/TL məzənnəsinin psixolojik səviyyə olan 7-yə yüksəlməsinə bagli olduğu görünür.

bundan sonra Türkiyənin tək kazancı məznnəyə bağı olaraq orta müddətdə ixracatın arması və turizm gəlirlərinə bağlı olaraq, ölkənin xroniki xəstəliklərindən biri olan tədiyyə balansındakı açığın azalması gözlənilir

Müəllif Xeybər Heydərov