31 Oktyabr

"ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir alət halına gəldi"

Rusiyanın maliyyə naziri Anton Siluanov, ABŞ dollarlarının beynəlxalq ticarətdə təhlükəli bir alət halına gəldiyini bildirib. Fins.az xəbər verir ki, Siluanov, "Rossiya 1"ə verdiyi müsahibəsində, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən dollar istifadəsini azaldacaqlarını söyləyib.

O "ABŞ dollarında olan aktivlərə investisiyaları əhəmiyyətli dərəcədə azaltdıqlarını və bu azalmaların davam edəcəyini bildirb. Siluanov dollar əvəzinə də avro və Çin yuanı kimi pul vahidlərinin istifadəsini artıracaqlarını söyləyib. ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir alət halına gəldi", deyə nazir qeyd edib.