31 Oktyabr

Türk lirəsi günə pis başladı - Yeni rekord

Türk lirəsi bu səhər də dollar qarşısında dəyər itirməklə günə başlayıb. Fins.az xəbər verir ki, hazırda dollar lirə məzənnəsi 7,1326 səviyyəsində müəyyənləşərək yeni rekord qırıb. Ötən Cümə günü 20% ucuzlaşmış Türk lirəsi, bu səhər 10% də dəyər itirib. Sərbəst bazarda Dolların qiyməti 7.22 lirəyə qalxıb. 1 Avro isə 8 Lirə səviyyəsini keçib.

Qeyd edək ki, bir çox iqtisadçılar bu il Dolların 7 Türk lirəsini keçəcəyini və Türkiyə iqtisadiyyatının çətin günlərinin başlayacağını proqnozlaşdırırdılar.

Müəllif: Xeybər Heydərov