31 Oktyabr

Dollar digər valyutalar qarşısında kəskin bahalaşıb

Dollar, mühüm valyutalar qarşısındakı yüksəlişini davam etdirir. Belə ki, ABŞ Dolları, G - 10 pulları qarşısında gündəlik əməliyyatlarda kəskin yüksəlib. Yen -dən başqa , bütün mühüm valyutalar qarşısında dəyər qazanan dollar, ilin əvvəlindən bu yana yen istisna olmaqla bütün G - 10 pullarından yüksək artım göstərib.

Avro-dollar məzənnəsi, həftənin son iş günündə kəskin düşüb . Daha dəqiq avro ucuzlaşıb. Məzənnə 1.1456 səviyyəsində olub. Funt-sterlinq qarşısında da güclənən dollar 1.2774-ə qədər artıb. Dolların mühüm valyutalar qarşısındakı gedişini təqib edən Dollar İndeksi 96 bəndini aşıb. Son iş günündə 0.56 faiz artımla 96.049 səviyyəsinə yüksələn indeks, ilin əvvəlindən bəri təxminən 4.1 faiz artıb. Qeyd edək ki, dolların bahalaşmasına FED-in faiz artıracağı gözləntiləri səbəb olduğu bildirirlir.