31 Oktyabr

Rusiya rublu daha da ucuzlaşıb

Rusiya Rublu ucuzlaşmaqda davam edir. Hərraclarda Dolların məzənnəsi 66 rubl, Avronun məzənnəsi isə 76 rubl həddini keçib. Rusiyada birjaların açılması ilə Rus Rublunun dəyərdən düşməsi davam edib. Hazırda Rusiyada Banklarda dollar 67 rubldan, avro isə 77 rubldan baha satılır.