31 Oktyabr

Depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən Fins.az-a verilən xəbərə görə, hərracda tələb 904,09 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib. Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.