31 Oktyabr

NBC Bankın pay sahib olduğu futbol klubu bağlanmaq üzrədir

NBC Bank Açıq Səhmdar Cəmiyyəti 2017-ci il üzrə İdarəetmə hesabatlarına dair tələblər haqqında açıqladığı məlumata görə, Bank Mil-Muğan futbol klubunun səhmdarıdır. Məlumatda qeyd edilir ki, NBC klubda 40% paya malikdir. Həmçinin bankın 8.54% Rəvan sığortada , 20% isə NBC lizingdə paya sahib olduğu qeyd olunub.

Məlumat üçün bildirək ki, NBC Bankın pay sahibi olduğu Mil-Muğan klubu hazırda ölkə çempionatında 1-ci divizionda çıxış edir. Klubun maliyyə çətinlikləri ilə üzləşdiyi bildirilir. Hətta yeni mövsümdən Mil-Muğan komandasının fəaliyyətini dayandıracağı deyilir.

Müəllif: Xeybər Heydərov