31 Oktyabr

Lirə sürətlə ucuzlaşdı

Türk Lirəsi Dollar qarşısında sürətlə dəyərdən düşməyə başlayıb. Fins.az xəbər verir ki, dollar lirə məzənnəsi 3,5%-dən çox yüksələrək 4.9155 səviyyəsində olub. Lirənin ucuzlaşmasına səbəbi Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini dəyişdirməməsidir. Analitiklər faizin artırılacağını gözləyirdilər. Mərkəzi Bankın bu gün keçirilmiş iclasında bir həftəlik repo faiz nisbətinin (siyasət faizi) 17,75%-də sabit saxlanılmasına qərar verilib. Faizin 100-130 bənd artırılacağı proqnozlaşdırılırdı. Mərkəzi Bankın açıqlamasında sərt pul siyasətinin uzun bir müddət qorunmasının lazım olduğu qeyd olunub