31 Oktyabr

Banklar avroda əmanətə "yaxın durmur"

Azərbaycanda bir çox banklar avroda olan əmanətlərə “yaxın durmur”. Depozitə avro qəbul edən banklar isə illik 0.3-0.5% gəlirlilik vəd edir. Avronu əmanət kimi qəbul edənlər isə iki ildən artıq müddətə əmanətə avro qəbul etmirlər.

Bunun səbəbini iqtisadçı ekspert Cəfər İbrahimli Fins.az-a belə izah edib.

Əksər vaxtlarda Azərbaycanda fəaliyyət göstərən banklar dollar və manatdan başqa valyutada əmanət qəbul etməkdə maraqlı olmayıblar. Burada valyuta riskliliyi ilə bağlı məsələlər var. Ona görə də banklar əsasən iki valyutaya üstünlük verirlər. Hazırda banklar heç dollarda da əmanətlərə üstünlük vermirlər. Bunu dollara təklif edilən əmanət faizlərində də görmək olar. Avroda əmanət qəbul edən banklara isə minimum gəlir faizləri təklif edirlər. Azərbaycanda həmişə depozitə pullar ya manatda ya da dollarda yatırılıb. Buna səbəb xarici valyuta kimi dolların avro ilə müqayisədə daha işlək olmasıdr. Buna görə də gündəlik olaraq valyuta dövriyyəsini banklar tənzimləyə bilirlər. Avro isə çox alınıb satılan valyuta olmadığı üçün banklar bu valyutaya maraq göstərmirlər.

Müəllif: Xeybər Heydərov