“Bank of Baku” 2018-ci ilin birinci yarısını xalis mənfəətlə başa vurub. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin ilk 6 -nı bank 1 milyon 814 min manat xalis mənfəətlə tamamlayıb. Bankın faiz gəlirləri 20 milyon 834 milyon manat, qeyri-faiz gəlirləri 1 milyon 490 min manat təşkil edib. Eyni zamanda, ötən illər kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 25 milyon 12 min manatı azad olub. Cəmi 47 milyon 336 min manat vəsait xərcləri ödəməyə kifayət edib və Bank mənfəətə çıxıb."Bank of Baku" 2018-ci ilin 1-ci rübü 234 min manat, 2-ci rübündə isə isə 1 milyon 580 min manat xalis mənfəət əldə edib.
Son hesabata görə, “Bank of Baku” 299 milyon 459 min manat cəmi aktivlərə , 261 milyon 712 min manat cəmi öhdəliklərə və 37 milyon 746 min manat cəmi balans kapitalına malik olub. Hazırda "Bank of Baku" 24 milyon 537 min manat məcmu kapitala malikdir.