31 Oktyabr

AFB Bank 5 milyon manatdan çox mənfəət əldə edib

“AFB Bank” ASC 2018-ci ilin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurub. Fins.az Bankın hesabatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31 dəfə çoxdur. Bank 2017-ci ilin birinci rübünü 174 min manat xalis mənfəətlə bağlamışdı.

Bankın aktivləri artıb. Belə ki, “AFB Bank” 522 milyon 782 min manat cəmi aktivlərə (o cümlədən 224 milyon 768 min manatı müştərilərə verilmiş kreditlər ), 450 milyon 777 min manat cəmi öhdəliklərə və 72 milyon 4 min manat cəmi balans kapitalına sahibdir. Ötən ilin 31 dekabr tarixində Bank 494 milyon 619 min manat cəmi aktivlərə (o cümlədən 218 milyon 52 min manatı müştərilərə verilmiş kreditlər), 428 milyon 73 min manat cəmi öhdəliklərə və 66 546 min manat cəmi balans kapitalına sahib idi.

2018-ci ilin ilk 6 ayı ərzində Bankın faiz gəlirləri 18 milyon 950 min manat, qeyri-faiz gəlirləri 4 milyon 991 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 12 milyon 892 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 7 milyon 561 min manatı ehtiyata yönəldilib. Nəticədə Bank 2018-ci ilinin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurub.