Sentyabrın 6-da "AGBank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Fins.az Banka istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, maliyyə nəticələrinin və nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi məsələləri daxildir. Tədbirin bankın baş ofisində keçiriləcəyi gözlənilir.
Müəllif: Xeybər Heydərov