31 Oktyabr

“TuranBank” da mənfəətə çıxanlar sırasındadır

“TuranBank” ASC 2018-ci ilin birinci yarısını 205 min manat xalis mənfəətlə başa vurub. Fins.az bankın rüblük hesabatına əsaslanaraq məlumat verir ki, bu ilin ilk 6 ayı ərzində Turanbankın faiz gəlirləri 15 milyon 9 min manat, qeyri-faiz gəlirləri 1 milyon 716 min manat təşkil edib (cəmi 16 milyon 725 min manat). Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 645 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 440 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Ehtiyatlara ayırma ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb. Bu, bankda gecikmədə olan kreditlərin artmasının azaldığına işarədir. “TuranBank” ASC 2015-ci ili 1 milyon 132 min manat, 2016-cı ili 13 milyon 336 min manat, 2017-ci ili 1 milyon 234 min manat, 2018-ci ilin birinci yarısını isə 205 min manat xalis zərər ilə başa vurmuşdu.

30 İyun 2018-ci il tarixində "TuranBank" 59 milyon 498 min manat məcmu kapiatala malik olub, bu da minimal tələbdən yüksəkdir.