Bankın 2018-ci ilin ikinci rübü üzrə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, hesabatdan belə məlum olur ki, NBC bankın 2017-ci illə müqayisədə cəmi öhdəlikləri artıb. Belə ki, 2017-ci ilin göstəricisinə nəzər salsaq görərik ki, bankın öhdəliyi 147 mln 285 min olub. Lakin bu ilin ikinci rübündə bu rəqəmlər 181 mln 372 minə artıb. Bankın bölüşdürülməmiş mənfəət üzrə zərəri 9 mln 483 min olub.
Bankın verilmiş kreditlərə görə, yaradılmış adi və məqsədli ehtiyatları 9 mln 176 mindən, 8 mln 725 minə dək azalıb.
Bankın ötən il bölüşdürülməmiş xalis mənfəəti - 12 mln 397 min , bu ilin iknci rübündə isə -9 mln 483 min olub.
NBC bankın xalis mənfəti 1 mln 872 min manat olub. Bankın investisiya fəaliyyətindən xalis pul vəsaiti göstəricisi mənfi 5 mln 661 min manat olub.
Bank Bakı, Gəncə, Sumqayıt ,NLənkəran və Şəkidə kredit verib ki, bu bölgələr üzrə ən böyük kredit portfeli Bakıya, ən az kredit portfeli Şəkiyə məxsus olub. Belə ki, bank bu ilin ilk yarısında Şəki şəhərinin əhalisinə 603 min kredit verib ki, bunun da 242 mini vaxtı keçmiş kreditlərdi. Məbləğin yerdə qalanı cari kreditlərdi.
Bankın iri kredit borclarının məcmu kapitala nisbəti ötən il 55.52% olduğu halda bu ilin ilk 6 ayı ərzində 87.48% olub.
“NBC Bank”ın faiz gəlirləri 8 milyon 501 min manat, qeyri-faiz gəlirləri 1 milyon 453 min manat, faiz xərcləri 4 milyon 899 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 292 min manat təşkil edib.
Hesabatın mənfəət və zərər haqqında hesabatına nəzər saldıqda görürük ki, bankın ötən il faiz gəlirləri aşağıdakı kimidir:
Müəllif: Xeybər Heydərov