31 Oktyabr

Nikoil Bankın 6 saylı filialı "müstəqillik" qazanıb

Nikoil Bankın Badamdarda maşın bazarında yerləşən 6 saylı filialı bankdan ayrılıb. Fins.az-ın bankdan əldə etdiyi məlumata görə, artıq bir neçə aydır ki, avtomobil lizinqi təklif edən Nikoil Bankın 6 saylı filialı bankdan ayrılaraq tam müstəqil formada fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, "ayrılıqdan" öncə Nikoil Bankın 14 filialı olub. Hazırda isə bankın filial sayı 13 -ə enib.

Müəllif: Xeybər Heydərov