31 Oktyabr

3 bank digərlərindən fərqləndi - Azərbaycanda

Ölkədə fəaliyyət göstərən 10 bank digər 30 bankdan , bu 10 bankdan isə 3-ü daha çox fərqlənib. Belə ki, MCS-in media monitorinq qrupu iyun ayı üzrə məlumatların hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media monitorinq qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablayıb. Qeyd edək ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.

Fins.az xəbər verir ki, monitorinqin hesablamalarına görə banklar arasında adı ən çox hallanan Kapital Bank olub. Bankın adı göstərilən tarixlər ərzində 678 dəfə hallanıb. Yayın ilk ayı ərzində ikinci ən çox adı qeyd olunan bank isə Gunaybank olub - 570 dəfə. Bu bankın adının medi orqanlarında belə çox hallanmasına səbəb isə bank rəsmisinin haqqında yayılan məlum xəbərlər olub. "Bürünc" medal isə Azərbaycan Beynəlxalq Bankına nəsib olub. ABB-nin adı 533 dəfə qeyd olunub.

Müəllif: Xeybər Heydərov