31 Oktyabr

Kredit axtaranlar üçün yeni imkan

“Kənd təsərrüfatı istehsalçılarının maliyyə əlçatanlığı asanlaşıb. Artıq İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət başlayıb. İstehsalçılara müraciət edirəm ki, bu fondla əməkdaşlıq etsinlər, kreditlər götürsünlər. Bu qurum istehsalçıları kredit götürmək üçün girov problemindən azad edəcək. Məsələn, götürülən kreditin 20 %-i dəyərində girov qoyulacaq, qalan 80% hissəyə Fond zəmanət verəcək. Kiçik və orta biznesin inkişafı üçün bu mühüm təkan olacaq”. Bu fikirləri Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib.
İstehsalçılar üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Qaynar Xətti: 1549