31.05.2018-ci il tarixinə Azərbaycanda bank sektorunun yanvar -may aylarında faiz gəlirləri 700.9 milyon manat, faiz xərcləri 250.2 milyon manat qeyri-faiz gəlirləri 206,7 mln. manat, qeyri-faiz xərcləri isə 404,9 mln. manat təşkil edib. Nəticədə də bankların xalis əməliyyat mənfəəti 252,5 mln. manat olub. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, banklar gəlirlərinin 247,2 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, 12,2 mln. manatı isə mənfəət vergisi üçün xərcləyiblər. Hesabatdan məlum olur ki, bankların xalis mənfəəti 5.5 milyon manat təşkil edib. Bu da yanvar-aprel aylarının yekunu ilə müqayisədə 10,4 dəfə azdır.
Müəlllif: Xeybər Heydərov