31 Oktyabr

Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri məlum olub

31 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 559 mln. manat, kredit potfeli 11 552 mln. manat, cəmi öhdəlikləri isə 23 630 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 929 mln. manat, əhalinin əmanətləri isə 7 868 mln. manat olub. 2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri 0.3% (92 mln. manat), öhdəlikləri 0.6% (149 mln. manat) azalıb, kapitalı isə 1.5% (57 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Belə ki, kredit portfeli may ayı ərzində 1.1% (130 mln. manat) artıb.

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5% (137 mln. manat) artıb.

Bank sektoru cari ilin may ayında 52 mln. manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit itkilərinin qarşılanmasına yönəldilib.

Müəllif: Xeybər Heydərov