31 Oktyabr

Bu valyuta dollar qarşısında ucuzlaşmaqda davam edir

Çin yuanı son 6 ay ərzində dollar qarşısında psixoloji minimuma enib. Çin Xalq Bankı yuanı dollara nisbətdə 0.6% ucuzlaşdırıb. Fins.az qərb mediasına istinadən xəbər verir ki, Bank bilərəkdən yuana təsiri artırır. Lakin Capital Economicsin analitikləri hesab edir ki, təsirlər daha da çoxalsa sonradan yuanın ucuzlaşmasının qarşısını almaq olmayacaq.

2015-ci il devalvasiyasından sonra Çinin dövlət bankları yuanı güclü saxlamaq üçün dəfələrlə dollar satışını həyata keçiriblər.

China Merchants Bank-ın baş analitiki Li Liuanq iddia edir ki, valyuta bazarı ilə nəisə qeyri-adi hadisələr baş verir. Onun fikrincə ilin əvvəlində yuan G20-nin ölkələrinin valyutaları ilə müqayisədə güc nümayiş etdirməsinə baxmayaraq sonradan ucuzlaşır. Onun fikrincə bu ucuzlaşma uzun müddət davam edə bilməz.

Qeyd edək ki, hazırda 1 dollar 6.556 yuandır.

Müəllif: Xeybər Heydərov