Britaniya valyutası 2016-cı ilin iyun ayından bu yana dollar qarşı ən çox zəiflədiyi rübə daxil olub. Brexit-in funta böyük təsirlərinin olduğu açıq aydın hiss olunur. Fins.az xəbər verir ki, Airbus SE Britaniyanın Avropa Birliyi ilə 28-29 iyunda keçiriləcək görüşdə razılığa gəlməyəcəyi təqdirdə ölkən investisiyaları geri götürəcəyini bəyan edib.
Baxmayaraq ki, Britaniya Mərkəzi Bankı milli valyuta ilə bağlı qabaqlayıcı tədbirlər görüb , bunun yetərli olmayacağı və funtun dollar qarşısında ucuzlaşacağı gözlənilir.
ABN Amro Bank NV-nin valyuta strateqi Corcet Bolee funtun 3-cü kvartalı dollara nisbətdə 1.30-da tamamalayacağını bildirib. Bu rübdə funt dollar qarşısında 5.5% dəyər itirib.
Müəllif: Xeybər Heydərov