31 Oktyabr

"AGBank" 2 manatlıq səhmlərinin yalnız 600 minini sata bilib - AÇIQLAMA

Bildiyiniz kimi bankın maliyyə dayanıqlığının möhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmləri emissiya edilib. Bankdan Fins.az-a verilən məlumata görə, yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 14 fevral 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Yerləşdirmədə zamanı bankın səhmdarı olan investor tərəfindən ümumi məbləği 1 200 000 AZN olan 600 000 ədəd səhmin alınması barədə sifariş verilmiş və investorun sifarişi tam təmin edilib.

Yerləşdirmədə kənar investorlar iştirak etməyib.

Yerləşdirilməyən 5,8 mln. manat məblğində səhmlərin yenidən ilin sonuna qədər yerləşdirilməsi nəzərdə tutulur.

Eləcədə Bax: Bank nizamnamə kapitalını artırmaq üçün satışa çıxardığı yeni səhmlərini sata bilməyib - Azərbaycanda

Bu arada “AGBank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişikliyi də olub. Belə ki, bu bankın nizamnamə kapitalının 102,2 mln. manatdan 103,4 mln. manata çatdırılmasından sonra baş verib.

"AGBank”ın kapital artımı üçün dövriyyəyə buraxdığı, səhmin 600 min yeni səhmi Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) sədri olan Çingiz Əsədullayev tərəfindən əldə edilib. Nəticədə də onun “AGBank”dakı payı 33,57%-dən 34,34%-ə yüksəlib.

Müəllif: Xeybər Heydərov