"AccessBank" ötən illərdə olduğu kimi, bu il də maliyyə sahəsində fəaliyyət göstərən jurnalistlər üçün təlim təşkil edib. Fins.az xəbər verir ki,treyninq Şabran rayonunda yerləşən müalicəvi-bərpa kurort kompleksində keçirilib. Təlimi tanınmış mütəxəssis Əhəd Kazım keçib. Treyninqin mövzusu isə "Şəbəkələşmə və vaxtın idarə edilməsi" mövzusunda olub. Təlim iki gün davam edib. 20-yə yaxın jurnalistin və bank işçilərinin iştirakı ilə baş tutmuş təlimdə iştirakçılar əlavə bilgilər almaqla yanaşı ölkəmizin Şabran rayonunda yerləşən turizm kompleksi ilə də yaxından tanış olublar.
[#gallery#]
Müəllif: Xeybər Heydərov