VTB (Azərbaycan)dövlət qulluqçularının peşə bayramı münasibəti ilə elan etdiyi aksiya çərçivəsində dövlət strukturunda çalışan əməkdaşlar üçün kredit üzrə faiz dərəcələrini endirib.
Belə ki, 22-29 iyun 2018-ci il tarixlərində dövlət qulluğunda olan vətəndaşlar 10 000 manatadək nağd pul kreditini 6 faizlik endirimlə – illik 22% ilə ala bilər. Bundan başqa bankın kredit kartları üzrə 1% endirim nəzərdə tutulub. Bununla da kart üzrə faiz dərəcəsi – 27%-əendirilib.
Təklifdən istifadə etmək üçün kredit üzrə müraciəti məsafəli xidmətlər – internet və mobil bank, +99455 2140986 nömrəli WhatsApp, bankın Çağrı mərkəzi və ya saytı vasitəsi ilə etmək lazımdır.
Bundan başqa, aksiya müddətində VisaGoldvəVisaPlatinumpremium debet kartları sifariş edən müştərilər kart üçün illik xidmət üzrə 50% endirim qazanırlar.
Məhsullar haqqında əlavə məlumatı bankın 986 nömrəli Çağrı mərkəzindən, eləcə də
www.vtb.az saytından əldə etmək mümkündür.