AtaBank
“AtaBank” ASC Ramazan Bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində işrejimi ilə bağl ıməlumatı diqqətinizə çatdırır.
Bankın aşağıdakı filialları 16 və 18 İyun tarixlərində fəaliyyət göstərəcək:
- 16, 18 İyun - Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
- 16, 18 İyun - Sahil şöbəsi - Bakı şəh., Puşkin küç.9, qapı 1 və 2 ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Bank VTB Azərbaycan
Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı müştərilərin rahatlığını təmin etmək məqsədilə 15 – 19 iyun bayram günlərində saat 10.00-dan 16.00-dək xidmət göstərəcək.
Qeyd edək ki, göstərilən xidmətin səmərəliliyinin artırılması məqsədilə müştərilər bank xidməti haqqında istənilən məlumatı banka gəlmədən, sadəcə məlumat mərkəzinin 986 qısa nömrəsinə zəng etməklə əldə edə bilərlər.
“Əcəmi” filialında müştərilər cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi bütün əsas xidmətlərdən istifadə edə bilər. Filiala kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.
Xatırladaq ki, bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı Cavadxan küç. 30A, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşir.
Bankın məhsulları, tarifləri və digər xidmətləri barədə əlavə məlumatı çağrı mərkəzinin 986 qısa nömrəsi, eləcə də www.vtb.az saytından əldə etmək olar
Dövlət bankı Azər Türk Bank qeyri-iş günü olan 19 iyun tarixində müştərilərinə xidmət göstərəcəkdir. Həmin tarixdə Bankın Bakı şəhəri, H.Əliyev prospekti,115 ünvanında yerləşən (5 saylı Bakı "ASAN xidmət" mərkəzində) 1 saylı şöbəsi saat 10:00-dan 20:00-dək, Qəbələ şəhərindəki “Qəbələ” şöbəsi saat 10:00-dan 19:00-dək işləyəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Expressbank
Daim müştərilərini düşünən Expressbank, qarşıdan gələn bayram günlərində də sizlərə xidmət göstərəcək!
Müştərilər 16 və 19 iyun tarixlərində, saat 10:00-dan 15:00-dək Expressbank-ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:
- Asan kreditin verilməsi
- Expresso kartın sifarişi
- Smilecardın verilməsi
- Təcili pul köçürülməsi və alınması
- Depozit qəbulu
- Kart sifarişi və təhvili
- Valyuta mübadiləsi
- Hesaba mədaxil/məxaric
- Hesabın açılması və bağlanması.
Bundan əlavə olaraq, Expressbank-ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində sizlərə aşağıdaki xidmətləri göstərəcək:
- Valyuta mübadiləsi;
- Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;
- Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);
- Kredit üzrə ödənişlər;
- Kommunal və digər ödənişlər.
İyun ayının 20-dən etibarən bütün filiallar adi qaydada iş rejiminə dönəcəkdir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barəsində ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Azər Türk Bank
Dövlət bankı Azər Türk Bank qeyri-iş günü olan 19 iyun tarixində müştərilərinə xidmət göstərəcəkdir. Həmin tarixdə Bankın Bakı şəhəri, H.Əliyev prospekti,115 ünvanında yerləşən (5 saylı Bakı "ASAN xidmət" mərkəzində) 1 saylı şöbəsi saat 10:00-dan 20:00-dək, Qəbələ şəhərindəki “Qəbələ” şöbəsi saat 10:00-dan 19:00-dək işləyəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Bank Respublika
Bankın həmişə olduğu kimi Ramazan bayramı günlərində də Bakı ş., Neftçilər pr. 67 ünvanında yerləşən "Azneft" filialı 24 saat banka müraciət edənlərə xidmət göstərəcək.
AccessBank
Bankın Bakı şəh Səbail raytonu R.Rza küç 15 yerləşən filialı işləyəcək.
Unibank
Adı çəkilən bankın Bakı ş., Nərimanov r-nu, Atatürk pr., 2A, AZ1130 ünvanında və Bakı ş., Səbail r-nu, Bülbül pr., 10, AZ1022 ünvanında yerləşən filialları çalışacaq.
Müəllif: Xeybər Heydərov