SOCAR-ın “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dəki pul vəsaitlərinin həcmi açıqlanıb. Fins.az SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin ABB-dəki əsas vəsaitlərinə hökumət tərəfindən nəzarət olunur. "2018-ci il yanvarın 1-nə şirkətin bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 1,505 milyard manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 30,4 faiz çoxdur", - deyə hesabatda qeyd olunub.
Bildirilir ki, SOCAR hesab açdırdığı b-ankların vəziyyətini daim nəzarətdə saxlayır.