“Kapital Bank” yaratdığı “Birkart” MMC BOKT-un Müşahidə Şurasının (MŞ) üzvləri açıqlanıb. Təşkilatın hüquqi ünvanı AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli ev 71 -də yerləşir. BOKT-un qanuni təmsilçisi Kərimov Fərid Rəfail oğludur.
Maliyyə qurumunun Müşahidə Şurasının üzvləri isə Pərvin Zahid oğlu Məmmədov, Nicat Mahir oğlu Rəsulov və Ramil Səlim oğlu İmanovdur. Mayın 3-də “Kapital Bank” nizamnamə kapitalı 500 min manat olan “Birkart” MMC BOKT-u dövlət qeydiyyatına alınıb.