31 Oktyabr

NBC Bankın problemli kreditləri 2 dəfə artıb

NBC Bankın 2014-ci ildən 2018-ci ildə daxil olmaqla əhatə etdiyi dövrdə problemli kreditlərinin məbləği iki dəfə artıb. Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin ilk rübünə görə bankın problemli kreditlərinin həcmi 12 mln 309 min manat təşkil edir. Halbuki bu göstərici 2014-ci ildə 6 mln 72 min manatdan bir qədər çox olub. Bankın açıqladığı son məlumatlara görə, hazırda kredit portfeli 173 mln 666 min manat təşkil edir. Rəqəmlərə nəzər salsaq görərik ki, bankın kredit portfelinin 7%-ni problemli kreditlər təşkil edir.

Məlumat üçün bildirək ki, 1-3% problemli kredit göstəricisi məqbul hesab olunur. Lakin bundan çox faiz, yaxşı göstərici hesab olunmur.

Müəllif: Xeybər Heydərov