Türkiyə Mərkəzi Bankı faizi 125 bənd artıraraq 17.75%-ə qaldırıb. Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərardan sonra lirə 2 faizədək dəyər qazanıb, dollar isə 4,45 lirəyə enib.
Türkiyə Mərkəz Bankı bəyan edib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcək. Həmçinin inflyasiya təsir edən digər proseslər də izlənəcək və lazım olduğu təqdirdə pul siyasəti daha da sərtləşdiriləcək.