Fins.az-ın mayın 11-dan 26-dək davam edən müsabiqəsi öz qaliblərini tapıb. Belə ki, Ata Bankın baş sponsorluğu və Aqro-Azerinvest şirkətinin dəstəyi ilə Fins.z-ın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi fotomüsabiqənin qalibləri məlum olub. Müsabiqədə AtaBankın təqdim etdiyi 100 manatlıq xüsusi kartı Kənan Haqverdiyev qazanıb. Aqro-Azerinvestin təqdim etdiyi hədiyyələri isə Şahin Sərdarov qazanıb. Qeyd edək ki, müsabiqəyə yüzə yaxın iştirakçı qatılıb ki, onlar arasında qalibi AtaBankdan və Aqro-Azerinvestdən olan münsiflər seçiblər. Fins.az olaraq hər iki qalibimizi təbrik edirik.