Bu ilin ilk dörd ayında bank sektorunda aktivlərinin həcmi sabit qalıb, kredit portfelinin davamlı azalma trendi dayanıb və hətta az da olsa (0.8% və ya 85 mln. manat) artıb, kredit portfeli üzrə dollarlaşma 41.3%-dən 39.6%-ə enib. Fizn.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Likvid aktivlər cəmi aktivlərin 22%-ni təşkil edib (beynəlxalq təcrübədə bençmark minimum 10%-dir) və sektorun xarici borcu 40% azalıb. 2018-ci ilin 4 ayında banklar tərəfindən 313 milyon manat həcmində kapital inyeksiyasını təmin edilib.
Müəllif: Xeybər Heydərov