“Azər-Türk Bank”da daha bir kadr dəyişikliyi edilib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, Vüqar Bayramov bankın İnsan Resursları Departamentinin direktoru vəzifəsinə təyin edilib. V. Bayramov bundan əvvəl bu sahə üzrə ölkənin aparıcı banklarında çalışıb. 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. (modern.az)