31 Oktyabr

Banklar daha "əliaçıq" olub"

Bankların müştərilərə verdiyi kreditlərin həcmi artıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin mayın 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 422,6 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 173 mln. manat və ya 1,54% artım deməkdir.