31 Oktyabr

Fermerlərə illik 7%-lə kredit veriləcək

“Kapital Bank” Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə birgə fermerlərə güzəştli kreditlər verəcək.
Bankın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə:” Kapital Bank olaraq biz kiçik-orta sahibkarlığın inkişafına böyük diqqət ayırırıq və bu sahəyə güzəştli kreditlərin verilməsini təmin edirik. Kənd Təsərrüfatı Nazirliyi ilə olan bu layihə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Kreditlər fermerlərə 1 000 manatdan, 200 000 manatadək olmaqla, maksimum illik 7%-lə veriləcək. Həmçinin layihədə beynəlxalq təşkilatların mövcudluğu, kreditlərin verilməsi və monitorinqlər zamanı xarici təcrübədən yararlanmağa imkan yaradacaq”