31 Oktyabr

Əkrəm Həsənovun əməlində cinayət aşkarlanıb - Qərardad

Bağlanan “Bank Standard”ın 82 iddiaçısının Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi məhkəmədə sübuta yetirilməyib. Fıns.az-ın əldə etdiyi məlumata görə, məhkəmə iddiaçıların müraciətini mümkünsüz sayıb. Səbəb isə prosesual tələbin pozulması göstərilib. Şikayətçilər arasında olan Əkrəm Həsənovun hərəkətlərində isə cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul olunub.
Belə ki, iddia tələbləri vəkil Əkrəm Həsənov tərəfindən tərtib ollunmuş iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməməsi səbəbindən, yəni pretenziya tələbinə əməl etmədən birbaşa məhkəməyə müraciət etdiyi üçüb 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarı ilə mümkün sayılmayıb.

Bundan əlavə, vəkil Əkrəm Həsənovun əməllərində cinayət əlamətlərinin olması iddiası ilə cavabdehlərin nümayəndəsi tərəfindən vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən təmin edilib. Belə ki, vəkil Ə.Həsənov barəsində əməlində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərar qəbul edilib və iş prokurorluğa göndərilib (MPM 265.4).

Müəllif: Xeybər Heydərov