31 Oktyabr

Banklardan kredit götürmək üçün hansı vaxt daha uyğundur?

Kredit götürülməsi hüquqi subyektlər üçün ehtiyac olduğu halda götürülməlidir. Müəyyən investisiyaya ehtiyac olduğu zaman banka müraciət edilməlidir. Bu şirkətin maliyyə vəziyyəti ilə bağlıdır. Bu sözləri Fins.az-a açıqlması zamanı iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.

İstehlak kreditlərinə gəldikdə isə buda insanların bu kredit növünə ehtiyac olduğu halda müraciət olunmalıdır.

Bundan başqa hansısa ölkədə əvvəlcədən məlum ola bilər ki, kredit faizləri artacaq bu zaman kreditə müraciət etmə daha məqsədə uyğundur. Misal üçün bunu son hadisələrdə Türkiyə nümunəsində göstərə bilərik. Belə ki, Türkiyədə kredit faizləri aşağı idi, lakin bu ölkənin mərkəzi bankı faizləri artırdıqdan sonra vəziyyət dəyişdi.

Hazırda Azərbaycanda kredit faizləri yüksəkdir. Lakin son 6-7 ayda kredit faizlərinin dərəcələri enməsi müşahidə olunur. Bu da bazarda risklərin azalması və Mərkəzi Bankın bu yöndə apardığı siyasətdən irəli gəlir.

Müəllif: Xeybər Heydərov