Son ayda dollar və avro arasında fərq hiss olunacaq dərəcədə azalıb. 1.2556-dan fərq 1.1635-ə enib. Fins.az əcnəbi analitiklərin dollar və avronun gələcək kursu barədə fikirlərini təqdim edir. Avronun zəifləməsi dolların möhkəmlənməsi ilə izah olunur. Avronun ucuzlaşması elə də vacib rol oynamayıb. Lakin Avropada iqtisadi impulsların azalması və İtaliyada siyasi risklər öz qüvvəsində qalıb.
Texniki analitik hesablamalara görə, hazırki, 1 avro 1.16 dollar göstəricisi tezliklə dolların bir qədər də zəifləməsinə səbəb ola bilər. Dolların 1.1591 həddinə qədər enəcəyi və daha sonra bu zəifləmənin stabilləşəcəyi gözlənilir.
Avroya təsir edəcək amillər
Həftənin 4-cü günü Avrozonada inflyasiya həddi və işsizlik göstəricisi açıqlanacaq. Bu göstəricilər Avropa Mərkəzi Bankı üçün əhəmiyyətli rol oynayır.
Analitiklərin fikrincə may ayında Avrozonada inflyasiya həddi yuxarı olacaq. Buna səbəb neftin qiymətinin qalxması göstərilir. Avronun bahalaşması qısamüddətli inflyasiyaya səbəb ola bilər deyə Nordea Bankın analitiki Steno Larsen qeyd edib.
Hazırda biz Avrozonada bazarın inflyasiyaya böyük əhəmiyyət verdiyini görürük. Bu da bazara mənfi təsir edə bilər. Bu kimi halların qarşısı alınmalıdır. Bu sözləri Steno Larsen bildirib.
Avrozonada işsizliyin 8.4% enəcəyi gözlənilir
Həmçinin İtaliyada baş verən siyasi məsələlər də avro üçün ciddi “baş ağrısı” yarada bilər
Dollara təsir edən amillər
Dollar dünya iqtisadiyyatında baş verən qeyri-stabilliklər fonunda artır. Həmçinin ABŞ da gəlirlilik artmı da dolların dəyər qazanmasında vacib rol oynayır.
Cümə günü ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsinin göstəriciləri ilə yanaşı , məşğulluq səviyyəsi və sənaye sahəsində indekslər açıqlanacaq.
Analitiklərin proqnozlarına görə may ayında ABŞ-da 185 min əlavə iş yeri açılıb ki, bu göstərici apreldə 164 min olub. Lakin risklər əmək haqqlarına fokuslanıb. Əmək haqqlarının artması uçot dərəcəsinə təsirini artıracaq. Hesablamalara görə ABŞ-da hər saata görə ödənilən məbləğ ay ərzində 0.2%, il ərzində isə 2.7% artacaq.
Sənaye sahəsində artımın 57.3-dən 58.0 qalxacağı gözlənilir.
Müəllif: Xeybər Heydərov