Hazırda vəkil kimi cinayət işləri üzrə 2 vətəndaşı müdafiə edirəm. Bu sözləri hüquqşunas Əkrəm Həsənov bildirib. Fins.az xəbər verir ki, Əkrəm Həsənovun sözlərinə görə, maraqlı və cəmiyyətimiz üçün çox aktual problemlərdən biri də sələmçilikdir. Onun sözlərinə görə, bəzi sələmçilər sələm verdiyi şəxsə pulu ödətdirdikdən sonra onu məhkəməyə verərərk dələduzluqda ittiham edir.
Bu işlərin nəticəsi bütövlükdə cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olacaq. Banklardan fərqli olaraq, sələmçilər borcalanları inzibati qaydada həbs etdirməklə kifayətlənmir, onları mütləq cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər banklardan fərqli olaraq, sələmçilər vergidən də yayınır deyə hüquqşunas qeyd edib.