31 Oktyabr

BRİCS Bankın Rusiyaya ayıracağı kreditin məbləği məlum olub

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birgə təsis etdiyi "Yeni İnkişaf Bankı"nın (BRİCS Bank) Direktorlar Şurası Rusiyaya 540 mln. ABŞ dolları məbləğində 2 kreditin ayrılması barədə qərar qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə"Report" Rusiya mətbuatına istinadən məlumat verib. Həmin vəsaitin 320 mln. dolları ölkədə su təchizatı və paylanması sistemlərinin inkişafına sərf olunacaq. Məqsəd əhaliyə verilən suyun keyfiyyətini artırmaqdır.

Kreditin qalan 220 mln. dollarlıq hissəsi isə "Kiçik tarixi şəhərlərin və məskənlərin ərazisinin və infrastrukturunun kompleks inkişafı" layihəsi yönəldiləcək.